Maraqlı

Bu yaşda olanlar virusa daha çox yoluxur

5 Sentyabr 2020 19:45
Baxış: 1 171
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hazırda Avropa ölkələrində yeni növ koronavirusa (COVID-19) yoluxma halları gənclər arasında artıb.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluqe deyib.

"Qış fəslinin gəlişi ilə bu gənclər yaşlı əhali ilə daha yaxın təmasda olacaq və beləliklə xəstəxanaya müraciətlərin və ölümlərin sayı artacaq", - deyə ÜST rəsmisi bildirib.

Hans Kluqe gənclərə çağırış edib: "Heç kəs yenilməz deyil və bu pandemiya tornado kimidir".

Regional direktorun fikrincə, indiyə qədər olan təcrübə göstərir ki, kütləvi testlərin aparılması və koronavirusla bağlı izləmə sistemi pandemiya ilə mübarizədə effektiv təsir göstərir: "Biz indi ölkələrin virusun yayılma sürətini və şiddətini təəccüblə qarşıladığı fevral ayındakı kimi deyilik. Bunun əvəzinə indi bizim üçün əsas olan sayıqlıqdır və vəziyyəti nəzarətdə saxlamaq üçün kifayət qədər məlumatlıyıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.