Maraqlı

Bu maskalar koronavirusdan daha yaxşı qoruyur

27 Avqust 2020 22:25
Baxış: 1 500
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın ən sürətli superkompüteri olan Yaponiyanın "Fugaku" cihazı koronavirusdan ən yaxşı qorunmaq üçün birdəfəlik toxunmamış maskalar taxmağı tövsiyə edib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, kompüterin apardığı hesablamalar nəticəsində adıçəkilən maskaların xəstə tərəfindən öskürərkən, yaxud asqırarkən ifraz etdiyi mikro hissələri pambıq parça və digər maskalara nisbətən daha yaxşı saxladığı üzə çıxıb.
Qeyd edək ki, 2014-cü ildən başlamış tədqiqatlar nəticəsində hazırlanaraq cari ilin iyun ayından istifadəyə verilən "Fugaku" superkompüteri saniyədə 415 kvadrilyondan artıq əməliyyat icra etmək iqtidarındadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.