Maraqlı

İnstaqramda təhlükəsizlik aşağı səviyyədədir – EKSPERT

27 Avqust 2020 20:30
Baxış: 790
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son günlərdə bir çox İnstaqram istifadəçisi hesablarına giriş edə bilmədiklərindən, hesab şifrələrinin xəbərsiz şəkildə dəyişilməsindən şikayətlənir.

Milli.Az ted.az-a istinadən bildirir ki, telekommunikasiya mühəndisi Kamil Məmmədovun dediyinə görə, bu, istifadəçilərin hesab təhlükəsizliyinin aşağı səviyyədə olmasının nümunəsidir: "Təhlükəsizliyin aşağı səviyyədə olmasının ilkin səbəbi bütün sosial platforma hesablarına eyni şifrənin qoyulmasıdır. Sosial şəbəkə hesablarına 6-8 böyük və kiçik hərf, həmçinin rəqəmlərin qoyulması daha məqsədəuyğundur. Şifrələrə mobil telefon nömrəsi qoymaq, parolun keyfiyyət səviyyəsini aşağı edir".

Ekspertin sözlərinə görə, İnstaqramda təhlükəsizlik aşağı səviyyədədir: "Amma qeyd etdiyim qaydalara əməl etməklə, təhlükəsizliyi az da olsa təmin etmək mümkündür. Dünya statistikasına görə, hazırda ən təhlükəsiz sosial şəbəkə Feysbuk hesab olunur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.