Maraqlı

Hava ilə qidalanan bakteriya aşkarlandı

25 Avqust 2020 22:10
Baxış: 1 266
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyada mövcud olan bakteriyaların çoxu üzvi maddələrin parçalanması və ya qeyri-üzvi birləşmələrin oksidləşməsi ilə qidalanır, lakin bir neçə il əvvəl elm adamları Antarktida təkcə hava ilə nəfəs ala bilməyən, həm də onunla qidalana bilən bakteriya aşkar ediblər.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə Yeni Cənubi Uels Universitetinin alimlərinin "Frontiers in Microbiology" jurnalında nəşr olunan məqaləsində qeyd olunub.

Məqalədə bildirilib ki, fərqli bölgələrdə torpaqların genetik təhlili göstərib ki, bu bakteriyalar yalnız Antarktidada deyil, Arktika və Tibetin dağlıq ərazilərində də yayıla bilər.

"Bu bakteriyalar əsasən çox az qida tərkibi olan torpaqlarda olduğundan, ehtimal ki, yaxınlıqdakı mikroorqanizmlərin qidalanmasında mühüm rol oynayırlar. Yeni araşdırma üçün alimlər 14 ərazidən 122 torpaq nümunəsi toplayıblar. Müəyyən miqdarda olmasına baxmayaraq bakteriyaların bütün nümunələrdə olduğu məlum olub", - deyə, məqalədə qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.