Elektromobil istehsalçısı Tesla uşaqların təhlükəsizliyi üçün önəmli addım atıb.
Milli.Az ted.az-a istinadən bildirir ki, razılıq verildiyi təqdirdə elektromobildə kilitli vəziyyətdə qalan uşaqlar üçün radar sensorları yaradılacaq. Bu yolla içəridə havasız şəraitdə qalaraq ölən uşaqların sayının azaldılması gözlənilir. Radarlar vasitəsilə bu tip azyaşlılar müəyyənləşdiriləcək.
Yeniiyin ötən il ABŞ-də 50 uşağın avtomobildə havasız şəraitdə qalaraq həyatını itirməsindən sonra tətbiq edildiyi bildirilir.
Tesla sensor radarların kameralardan daha effektli olacağını, əlçatan olmayan nöqtələri belə izləyə biləcəyini düşünür. Sensorlar azyaşlının nəfəs alması və nəbzini yoxlayacaq. Bununla yanaşı, qəza zamanı açılan hava yastığı azyaşlının fiziki göstəricilərinə görə şəkilini dəyişəcək.
Qeyd edilən sistem elektromobildən kənarda təxminən 180 sm məsafəni də izləyə biləcək. Bu, oğurluq hallarının qarşısını alacaq.
Milli.Az