Maraqlı

“IBM” ən güclü kvant kompüterini təqdim edib

25 Avqust 2020 07:01
Baxış: 761
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"IBM" şirkəti tərəfindən təqdim edilmiş ən güclü kvant kompüterinin hesablama gücünə sənayenin bir çox sahələrində tələb ola bilər. Həm də istənilən şəxs kvant kompüterdən istifadə edə bilər.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, "IBM" tutumu 64-ə bərabər olan kvant kompüterini təqdim edib. Bu, indi istifadəçilərə əlçatan olan ən güclü kvant kompüterdir.
 
Tədqiqatçılar izah ediblər ki, daha yüksək kvant tutumu sistemin imkanlarını genişləndirir. Tədqiqatçılar belə yüksək kvant tutumu sayəsində onu müxtəlif sənaye sahələrində resurs tələb edən problemlərin həllində istifadə edə bilərlər.
 
"IBM" şirkəti gələcəkdə dünyada ən qabaqcıl kvant sistemləri hazırlamağa davam etmək istəyir. Təkcə son 4 ildə "IBM" 28 kvant kompüteri hazırlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.