Maraqlı

Diabet xəstələri yatmazdan qabaq və yeməkdən sonra bu qarışımı içsin. Şəkər və insulini salır

15 Avqust 2020 21:25
Baxış: 2 478
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Diabetes UK təşkilatının (Böyük Britaniya) mütəxəssisləri 2-ci tip şəkərli diabet xəstələrinə yeməkdən sonra qanda şəkər və insulini salmaq məqsədi ilə suya əlavə olunmuş təbii alma sirkəsini içməyi tövsiyə edirlər.

Milli.Az saglamolun.com-a istinadən bildirir ki, bu haqda Express Health nəşri məlumat verib.

Amerika diabet assosiasiyasının mütəxəssisləri araşdırma zamanı aşkar ediblər ki, axşam yatmazdan qabaq 1 stəkan suya 2 x.q. alma sirkəsi əlavə olunmuş qarışım içən diabet xəstələrində səhər acqarına qlükozanın səviyyəsi daha aşağı olub.   

"İçkinin antiqlisemik effekti onunla izah olunur ki, sirkə turşusu karbohidratların həzmini və mədənin boşulmasını ləngidir", - alimlər qeyd edirlər.

Diabetes Care jurnalında dərc olunmuş digər araşdırmada diabet xəstələri yeməkdən (ağ bublik, kərə yağı, portağal şirəsi ) sonra alma sirkəsi ilə qarışım (1 stəkan su+1 x.q. alma sirkəsi) içirdilər. Araşdırmanın müəllifləri belə nəticəyə gəliblər ki, belə içki "insulinə qarşı həssaslığı artırır və yeməkdən sonra qanda qlükozanın səviyyəsini əhəmiyyətli dərəcədə aşağı salır".

Mütəxəssislər hesab edirlər ki, şəkərli diabeti olmayan insanlar da qanda şəkəri normada saxlamaq məqsədi ilə alma sirkəsi ilə su içə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.