Maraqlı

Xərçəngin ən yaxşı profilaktikası - Qızardılmış pomidor

15 Avqust 2020 19:05
Baxış: 1 382
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Pomidor likopinlə zəngindir. Bu maddə güclü xərçəng əleyhinə təsirə malikdir. Həmçinin likopin ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.

Maraqlıdır ki, pomidorda olan likopinin miqdarı termik emaldan sonra xeyli artır. Eyni zamanda yağlarla birlikdə yedikdə likopin orqanizm tərəfindən daha yaxşı mənimsənilir.

Milli.Az saglamolun.com-a istinadən bildirir ki, bütün bunları nəzərə alaraq mütəxəssislər pomidoru yağda bir qədər qızardıb yeməyi tövsiyə edirlər.

Ən faydalı göyərtilərdən biri olan ispanaq da termik emaldan sonra daha faydalı olur,  onun tərkibində olan kalsium, maqnezium və dəmir daha yaxşı mənimsənilir.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.