Maraqlı

Noutbuklara tələbat iki dəfədən çox artıb

15 Avqust 2020 22:50
Baxış: 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun ilk həftəsində noutbuklara, tabletlərə və kompüter komponentlərinə maraq əhəmiyyətli dərəcədə artıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə Aliexpress elektron ticarət resursunun mətbuat xidməti məlumat yayıb.

Belə ki, noutbuklara tələbat iyulun son həftəsinə nisbətən 2,2 dəfə artıb. Ən populyar kompüterlər 14 və ya 15,6 düymlük ekran ölçüsünə mallik modellərdir.

Kompüter elementlərinin, yəni qrafik kartların, ana kartların, prosessorların və operativ yaddaşın satışı 20% artıb. Planşetlərə tələbat 43% artıb, - istifadəçilər ən çox 10,1 və 8 düymlük ekrana malik olan planşetlərlə maraqlanıblar.

Kompakt cihazların populyarlığının bu cür artmasını AliExpress ekspertləri tədris ili üçün hazırlıq dövrü ilə izah edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.