Maraqlı

Türkiyə elektromobil bazarına daxil olur

15 Avqust 2020 19:10
Baxış: 833
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2022-ci ildə istifadəyə veriləcək Türkiyə istehsalı avtomobillərlə bağlı yeni məlumatlar açıqlanıb. Bildirilib ki, elektromobil istehsalı enerji doldurma stansiyalarının sayının artmasını da zərurətə çevirir.

Milli.Az ted.az-a istinadən bildirir ki, Türkiyənin bu istiqamətdə məşhur şirkəti ZES 100 yeni stansiya açıb. Bu stansiyalar əsasən, İstanbul, Ankara, İzmir, Antalya, Bursa, Eskişehir, Muğla ve Balıkesir və digər əraziləri əhatə edir. Bildirilib ki, hazırda 56 şəhərdə 268 belə stansiya fəaliyyət göstərir.

Rəsmilərin məlumatına görə, sözügedən şirkət Türkiyənin bazar payının 40%-i əlində cəmləşdirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.