İnsan həyatı TƏHLÜKƏDƏ - Dəniz suyunda zərərli zərrəciklər tapıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Alimlər dəniz heyvanlarında mikroplastikin miqdarını asanlıqla müəyyən etməyin yolunu tapıblar. Məlum olub ki, məşhur dəniz məhsullarında - krevet, stridiya və ya yengəclərdə kifayət qədər mikroplastik zərrəcik olur. Ən çox isə sardinadadır. Tədqiqatın nəticəsi "Environmental Science & Technology" jurnalında dərc edilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məqalənin müəlliflərindən biri olan Fransiska Ribeyronun sözlərinə görə, tədqiq edilmiş nümunələrin hamısında istehsalatda geniş istifadə edilən polivinilxlorid süni polimeri aşkarlanıb. Eyni zamanda, bu cür polimerlərdən ən çox yayılmış olan polietilenin qatılıq dərəcəsi ən yüksək həddə çatıb.
Hər il dünyada çirkab sularına və zibilliyə təqribən 300 milyon ton plastik zibil düşür. Torpaqdakı mikroblar onların böyük hissəsini parçalaya bilmir və buna görə zibil on illər, hətta yüz illər ərzində toxunulmamış vəziyyətdə qalır. Dünya okeanına düşdükdə isə Sakit Okeandakı böyük zibil ləkəsi kimi nəhəng yığıntıya çevrilir.
Alimlərin müşahidəsinə görə, bu zərrəciklər suda uzun müddət qalmır: onları dəniz heyvanları yeyir. İki il əvvəl Kanada tədqiqatçıları müəyyənləşdiriblər ki, insan hər il orta hesabla 40-60 min arası mikroplastik zərrəcik udur.
Avstraliya və Böyük Britaniya alimlərinin Fransiska Ribeyronun rəhbərliyi altında yaratdıqları metod sayəsində dəniz heyvanlarının orqanizminə düşmüş polimerlərin bütün növlərini, o cümlədən polistirol, polietilen, polivinilxlorid, polipropilen və polimetilmetakrilatı müəyyənləşdirmək və zərrəcikləri saymaq mümkündür. Tədqiqatçılar beş növ üzərində - stridiya, krevet, kalmar, yengəc və sardina üzərində araşdırma aparıblar.
Analiz göstərib ki, ən az plastik kalmar (0,04 mq) və stridiyada (0,07 mq), ən çox isə sardinada (2,9 mq) olub. Zərrəciklər tərkibinə görə fərqlənib, onlarda polietilenə daha çox rast gəlinib. Yalnız stridiyada əsasən polivinilxlorid toplanıb.
Alimlər okeanı çirkləndirən plastikin mənbəyini tapmağı planlaşdırırlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc
-
Qara sarımsağın gizli faydaları
-
93 yaşı olsa da, nə əasası, nə də baxıcısı var: Səhərlər sadəcə bunu edir
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
XƏBƏR LENTİ
-
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc
-
Qara sarımsağın gizli faydaları
-
93 yaşı olsa da, nə əasası, nə də baxıcısı var: Səhərlər sadəcə bunu edir
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)





