Maraqlı

Mercedes haqqında TOP 10 maraqlı fakt

13 Avqust 2020 20:45
Baxış: 1 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1886-cı il yanvarın sonunda Karl Benz sonradan dünyanın ən bahalı istehsal avtomobili olan əfsanəvi Mercedes avtomobili üçün patent aldı. Mercedes dünyanın ən yaxşı avtomobil markalarından biridir. Ancaq çoxları bu markanın tarixi ilə tanış deyil. Bu əfsanəvi avtomobil nə ilə məşhurdur?

Milli.Az ted.az-a istinadən Mersedes avtomobili haqda maraqlı faktları təqdim edirik.

1.Mercedes markasının loqotipi hər kəsə tanışdır. Bəs Mersedes markasının əsas fərqləndirici xüsusiyyəti olan üç bucaqlı ulduz nə məna verir? Şirkət loqotipi 1909-cu ildə Qotlib Daimler tərəfindən icad edilib və markanın quruda, suda və havada üstünlüyünü bildirir. Bu fakt, avtomobil istehsalına başlamazdan əvvəl şirkətin gəmilər və təyyarələr üçün mühərriklərin yığılması ilə məşğul olması ilə izah olunur.

2. Mercedes avtomobillərinin avtomobil hissələrini almaq və servisin olduqca baha olduğu düşünülür, lakin bu belə deyil.

3. Öz  imicini qorumaq üçün Mersedes "Xarabalıqdan çıxmış milyonçu" filminin yaradıcılarından kasıb məhəllələrdə lentə alınan səhnələrdən loqotiplərinin çıxarılmasını tələb edib.

4. Ən bahalı Mersedes təxminən 5 milyon dollar dəyərində olan tamamilə almaz ilə həkk olunmuş avtomobildir. Texniki və zərgərlik sənətinin bu möcüzəsi Səudiyyə şahzadəsinin qarajlarından birindədir.

5. Apple korporasiyasının qurucularından biri Steve Jobs Mersedes avtomobillərindən sürürdü. Amerikalı iş adamı, nömrə nişanları olmayan avtomobildən istifadə etməyi üstün tuturdu və ştat qanunlarına uyğun olaraq, hər 6 aydan bir avtomobilini dəyişirdi.

6. 2006-cı ildə italyan ayaqqabı markası Mercedes bölmələrindən biri ilə idman ayaqqabı dəsti üçün Santoni for AMG təqdim etdi.

7. Əfsanəvi Mercedes avtomobillərinin istehsal fəlsəfəsi "bir mühərrik - bir adam" şüarında yer almışdır. Bu o deməkdir ki, mühərrik ənənəvi olaraq bir yüksək ixtisaslı mütəxəssis tərəfindən əllə yığılır.

8. 1911-1912-ci illərdə alman konserninin Rusiya şöbəsi dünyanın ilk zirehli  "Benz"ini yaratdı.

9. 21-ci əsrin əvvəllərində Mersedesin himayəsində media imperiyası yaradılmağa başladı. Hal-hazırda 3 avtomobil jurnalı və özünəməxsus İnternet TV kanalı var.

10. Məhz Mersedes avtomobilində şahzadə Diana ömrünü başa vurdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.