Maraqlı

Aysel Şükürova ərindən ayrıldı

9 Avqust 2020 12:10
Baxış: 6 242
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

400 min manatlıq toy etməsi ilə gündəmə gələn tanınmış bloger Aysel Şükürova ikinci dəfə boşanır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, A.Şükürova əri Oqtay Əhmədovdan ayrılıb və artıq rəsmi boşanma üçün məhkəməyə müraciət edib. 

O, "Instagram"dakı 1,1 milyonluq profilindən əri ilə birgə olan bütün fotolarını silib. 

Qeyd edək ki, A. Şükürova Bakı Lifttəmir İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızıdır. Q.Şükürov haqda 2018-ci ildə külli miqdarda pul mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi başlanılıb. 

Xatırladaq ki, blogerin birinci həyat yoldaşı Elşən Əsgərli ilə Nərimanov məhkəməsində çəkişmələri olmuşdu. İttihama görə, Elşən Əsgərli Oqtayı döymüşdü.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.