Maraqlı

2021-ci ilə qədər evdə: Feysbuk bütün işçilərinə lazımi texnikanı paylayacaq

8 Avqust 2020 08:59
Baxış: 906
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Feysbuk əməkdaşları 2021-ci ilə qədər məsafədən işləyə biləcəklər.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət COVİD-19 pandemiyası fonunda işçilərinə evdən çalışmağa imkan verən ABŞ-ın sonuncu texnologiya nəhəngi olub.

"Səhiyyə ekspertlərinin tövsiyələri, eləcə də bu məsələlər üzrə daxili müzakirələrimiz zamanı qəbul edilən qərarlar nəzərə alınmaqla, işçilərin 2021-ci ilin iyul ayına qədər könüllü şəkildə evdən işləməyə davam etməsinə imkan verilir", - deyə şirkət nümayəndəsinin bəyanatında deyilir.

Bundan əlavə, Feysbuk hər əməkdaşına evdə ofis şəraitini yaratmaq üçün min ABŞ dolları ayıracaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.