Qədr surəsində adı çəkilən Ruh kimdir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qurani-Kərimdə ruh sözü 21 dəfə istifadə edilmişdir. Bu ayələrdə ruhun müxtəlif mənaları olmuşdur ki, onlara işarə edək:
1. İnsan bədəninə üfürülən ruh. "Sonra onun (bədən) üzvlərini (ananın bətnində) kamil etdi və ona Öz ruhundan üfürdü". ("Səcdə" 9).
2. Vəhy mənasında. "O, Ruhu (Ruh mələyini) Öz əmri ilə bəndələrindən istədiyinə (peyğəmbərlərə) göndərir ki, (insanları) qovuşma günü ilə (Bərzəx ruhlarının Məhşər bədənlərinə, bütün dirilənlərin Allaha, insan, mələk, cin və şeytanların bir-birlərinə və Allah qarşısında cavabdehlik daşıyan hər bir kəsin öz əməllərinin cəzasına qovuşacağı gün ilə) qorxutsun". ("Ğafir" 15).
3. Quran mənasında. "Və beləcə (bu üç yolla) sənə Öz əmrimizdən bir ruh (Öz fərmanımızdan qaynaqlanan Qur'an və dini təlimlər) vəhy etdik". ("Şura" 52).
4. Ruhul-Qudus mənasında. "Məryəm oğlu İsaya aydın dəlillər əta etdik və onu Ruhul-Qudusla qüvvətləndirdik". ("Bəqərə" 87).
5. Mələklərin ən böyüyü mənasında. "O gecə mələklər və Ruh (Cəbrail, ya mələklərdən olmayan başqa bir şərəfli varlıq) Rəbbinin izni ilə (həmin gecədən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir iş(in təqdir, tənzim və sabit edilməsin)dən ötrü yerə enər". ("Qədr" 4).
Hər bir halda ruh Allahın yaratdığı bir varlıqdır ki, səma məxluqlarındandır və onu ancaq Allah Təala tanıyır. (İslami saytlara istinadən)
İmam Cəfər Sadiqə (ə) ruhla bağlı sual verirlər: "Ruh - həmin Cəbrayildirmi?". İmam (ə) buyurur: "Ruh - mələkdir ki, Cəbrayildən (ə) böyükdür. Cəbrayil (ə) - mələklərdəndir, ancaq Ruh mələklərdən daha böyükdür. Həqiqətdə Ruh - ən böyük mələkdir. Səbəbi də budur ki, "Qədr" surəsində mələk və Ruh ayrı bəyan olunmuşdur. Ona görə də mələk Ruhdan fərqlənir. Ruh - həmin Cəbrayil (ə) deyildir".
Beləlklə deyə bilərik ki, Ruh - elə bir böyük mələkdir ki, mələklərdən sayılmır və Cəbrayildən (ə) çox böyükdür. Qədr gecəsində onun xüsusi vəzifəsi vardır. Qədr gecəsinin ən böyük mələyi hesab olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dənizdə boğulan övladının axtarışlarının davam etdirilməsini istəyirlər - (Video)
-
“Simge” tanınmaz halda - (Foto)
-
Bu bananları almayın – təhlükəli əlamətlər
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
XƏBƏR LENTİ
-
Avropada bu 10 yerdə suya girməyin: Turistləri 3750 avroya qədər cərimə gözləyir
-
Dənizdə boğulan övladının axtarışlarının davam etdirilməsini istəyirlər - (Video)
-
“Simge” tanınmaz halda - (Foto)
-
Bu bananları almayın – təhlükəli əlamətlər
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)





