Evdə virusa qarşı hər dərmandan istifadə etmək olmaz- XƏBƏRDARLIQ!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Apteklərdən alınan dərmanlarla çox ehtiyatlı olmaq lazımdır, xüsusən də sosial şəbəkələrdə müxtəlif dərman preparatlarının adı çəkilir. Unutmaq lazım deyil ki, dərman preparatlarının xeyri olduğu kimi ziyanı da var.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva açıqlayıb.
Koronavirusa qarşı apteklərdən alınaraq ev şəraitində qəbul edilən dərmanlar barədə danışan mütəxəssis deyib ki, ev şəraitində hər dərman preparatından istifadə etmək olmaz: "Hansı dərman preparatlarından evdən istifadə oluna biləcəyi barədə Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən dəfələrlə məlumat verilib. Bunlar əsasən vitamin və qızdırmasalıcı dərman preparatlarıdır. Virus əleyhinə evdə istifadə oluna bilən bir-iki preparat var, yerdə qalan dərman preparatları heç bir halda istifadə olunmamalıdır. Ona görə də həmin dərman preparatlarını axtarmağa, almağa, evdə saxlamağa dəyməz və düzgün deyil. Tibbi göstəriş olanda həmin dərmanlar xəstəxana şəraitində verilir, çünki onların bir qədər də əks-təsirləri var. Həmin dərmanları qəbul edərkən xəstənin ayrı-ayrı orqanlarının göstəriciləri yoxlanılmalı və nəzarətdə saxlanılmalıdır. Onları nəzarətsiz istifadə etmək düzgün deyil.
Şöbə müdirinin dediyinə görə, Azərbaycanda bu gün test nəticəsi pozitiv olan yüngül simptomlu və assimptomatik xəstələrin evdə müalicəsinə icazə verilir. Lakin onlar mütləq yaşayış yeri üzrə poliklinika həkimlərinin nəzarəti altında olmalı və müşahidə edilməlidirlər.
Y. Qarayeva onu da deyib ki, maskadan istifadə edənlərin sayı artıb. Lakin təəssüf ki, ondan düzgün istifadə edilmir: "Çox vaxtlar taxılan maskanı burundan aşağıda saxlayırlar. Əlbəttə, başa düşmək olar. Hava istidir, nəfəs almaq çətindir, amma maska burundan aşağı saxlanılırsa, onda onu taxmağın heç bir xeyri yoxdur. Bu, guya maska taxıldığı barədə sadəcə bir görüntü xarakteri daşıyır. Yaxud maskanı çənəyə endirmək və ona tez-tez əl vurmaq da əslində problem yaradan haldır, çünki ona tez-tez əl vuranda və toxunanda çöl hissədə virus varsa, ona toxunur və əlimizlə onu yayırıq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
-
Diabet xəstələri banan yeyə bilər?
-
BDU tələbələri ilə zərərli xarici təsirlər və informasiya təhdidləri müzakirə olunub - (Foto-Video)
-
Luvr bağlanmaq təhlükəsi ilə üz-üzədir
-
Bülənt Ərsoyun lüks maşınında lahmacunçu ilə dialoqu diqqət çəkdi - (Video)
-
"Arsenal" "Bavariya"nın müdafiəçisinə "elçi düşdü"
XƏBƏR LENTİ
-
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
-
Son günlərin antiqəhrəmanı: Elman Ağazadə kimin ssenarisini oynayır?
-
Dağıstanın yeni rəhbəri Fyodor Şukin oldu
-
“Polşa liqasında hər şey Azərbaycandakından yaxşıdır” - Koxalski
-
Əli Əsədov yeni qərar imzaladı
-
"Borussiya Dortmund" "Sabah"la oyundan əvvəl çətin vəziyyətdə
-
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Tokayev Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləyir
-
Trampın kürəkəni məhkəməyə verildi
-
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
-
Diabet xəstələri banan yeyə bilər?
-
Bloqer Aysel Şükürün keçmiş əri həbs edildi - (Foto)
-
Bakıda 8 marşrutun yolu dəyişdirilir
-
"Bu, Ukraynaya nüvə zərbəsinə bərabərdir"
-
BDU tələbələri ilə zərərli xarici təsirlər və informasiya təhdidləri müzakirə olunub - (Foto-Video)
-
Luvr bağlanmaq təhlükəsi ilə üz-üzədir
-
Ərdoğan növbəti prezident seçkisində namizəd olacaq? - Rəsmi açıqlama
-
Bu ölkədə səma narıncıya boyandı - 280 min insan xəstələndi
-
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
-
Bülənt Ərsoyun lüks maşınında lahmacunçu ilə dialoqu diqqət çəkdi - (Video)
-
U -23 millimiz qələbə qazandı
-
Prezident İlham Əliyev və Sadır Japarov AQEM sammiti çərçivəsində qeyri-rəsmi söhbət edib - (Foto)
-
Azərbaycanda gənc əsgər vəfat etdi - (Foto)
-
"Arsenal" "Bavariya"nın müdafiəçisinə "elçi düşdü"





