Maraqlı

Tvitter təhlükəsizlik tədbirlərini gücləndirdi

4 Avqust 2020 07:21
Baxış: 502
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tvitter platfrorması məşhur insanların hesabları sındırıldıqdan sonra təhlükəsizlik tədbirlərini gücləndirib.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət daxili alətlərə çıxışı azaldıb və bəzi funksiyaların işini dayandırıb.

"Kiberhücumdan sonra istintaqın aparılması zamanı hesabların təhlükəsizliyini təmin etmək üçün daxili alətlərimizə və sistemlərimizə çıxışı əhəmiyyətli dərəcədə azaltdıq",- deyə Tvitter bloqunda deyilir.

Təkmilləşdirilmiş təhlükəsizlik tədbirlərinə görə, bəzi funksiyalar məhdudiyyət altındadır.

Xatırladaq ki, platformaya qarşı tətbiq olunan hücum, iyulun ortalarında baş vermişdir. İlon Mask, Bill Gates, Jeff Bezos daxil olmaqla 130  istifadəçinin hesabı sındırılmışdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory