Maraqlı

“Microsoft” şirkəti “Windows”da kritik səhv olduğunu etiraf edib

1 Avqust 2020 08:51
Baxış: 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Microsoft" şirkəti "Windows" sisteminin yeni versiyalarında kritik təhlükəsizlik səhvini düzəltməyə söz verib. Bu haqda şirkətin hesabatına istinadən "ZDNet" nəşri məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, ABŞ korporasiyası əməliyyat sistemlərinin cari versiyaları ilə bağlı problemlər haqqında xəbərdar olduğunu təsdiq edib. "Microsoft" öz səhvini etiraf edib və bildirib ki, onu düzəldən təhlükəsizlik paketləri ƏS-nin növbəti yeniləməsində əlçatan olacaq. Şirkətin mütəxəssisləri yeni təhlükəsizlik paketi çıxarılana kimi istifadəçilərə səhv mesajı görsənən kimi sistemi yenidən yükləməyi tövsiyə ediblər.

Jurnalistlərin sözlərinə görə, "Windows 10" sistemində təhlükəsizliklə bağlı problem istifadəçilərin diqqətini çəkib. ƏS-nin lisenziyalı surətlərinin sahibləri şikayət ediblər ki, "Windows Sandbox" və "Windows Defender" proqramlarını işə salmaq istədikdə səhv mesajları görsənir. Bu problemlə "Windows 10" sisteminin "1903", "1909" və "2004" versiyalarının istifadəçiləri qarşılaşıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.