Maraqlı

Bu qan qrupları olanlar koronavirusa daha tez-tez yoluxurlar

25 İyul 2020 20:35
Baxış: 2 289
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Massaçusets (ABS) xəstəxanası və Bet-İsrael tibb mərkəzinin mütəxəssislər 8000 yaxın koronavirus xəstəsinin məlumatlarını təhlil ediblər.

Alimlər xəstələrin qan qrupu ilə koronavirusun gedişatı, infeksiyanın ağırlaşması və ölüm riskinin əlaqəsini araşdırıblar.

Milli.Az saglamolun.com-a istinadən bildirir ki, araşdırmanın nəticələri nüfuzlu Annals of Hematology jurnalında dərc olunub.

Mütəxəssislər belə nəticəyə gəliblər ki, xəstənin qan qrupu koronavirusun gedişatına və letallığa təsir etmir. Yəni istənilən qan qrupu olan insan koronavirusu ağır keçirə və ondan ölə bilər.

Lakin araşdırma göstərib ki, III və IV-cü qan qrupu olanlar COVID-19-a daha tez-tez yoluxurlar.

Belə çıxır ki, qan qrupu koronavirusun gedişatına təsir etməsə də, yoluxma riskinə təsir edə bilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.