Maraqlı

İnformasiya təhlükəsizliyi bazarının həcmi pandemiya dövründə yüksələcək

28 İyul 2020 08:15
Baxış: 537
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Canalys" analitik iqtisadiyyatın bir çox sahələrinə dağıdıcı təsir göstərən "COVID-19" koronavirus pandemiyasına baxmayaraq, 2020-ci ildə qlobal informasiya təhlükəsizliyi bazarının həcmi yüksələcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, onların fikrincə, ən yaxşı senaridə 2020-ci ilin nəticəsinə görə qlobal kibertəhlükəsizlik xərcləri 5,6% artaraq 43,1 milyard dollar təşkil edəcək. Ən pis senaridə isə informasiya təhlükəsizliyi bazarının həcmi 2,5% artaraq 41,9 milyard dollar təşkil edəcək.

İnformasiya təhlükəsizliyi bazarı haqqında danışan mütəxəssislər "endpoint security" müdafiəsi, şəbəkə təhlükəsizliyi, elektron poçt, veb-trafik və məlumatların qorunması, kibertəhlükəsizliyin təhlili və informasiya itkilərinin müdafiəsi üçün texnologiyaları nəzərdə tuturlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.