Maraqlı

“Gmail” xidmətinin “Android” versiyasında videozəng funksiyası əlçatan olub

28 İyul 2020 08:35
Baxış: 893
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Google" şirkəti videozəng xidmətlərinin populyarlaşmasına səbəb olan "COVID-19" pandemiyası şəraitində öz məhsullarına "Google Meet" xidmətini aktiv quraşdırmağa başlayıb. Bu həftə sözügedən xidmət "Gmail" elektron poçt platformasının "Android" əməliyyat sistemi üçün versiyasına quraşdırılıb: artıq birbaşa mobil tətbiqdən zəng etməyə və onları qəbul etməyə imkan verən ayrı bir bölmə əlçatan olub. Bundan əvvəl müvafiq funksiya "Gmail"in "iOS" versiyasına əlavə edilmişdi.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Meet" bölməsində zənglərin tarixçəsinə baxmaq, təqvimdə videogörüş planlaşdırmaq, xüsusi kod üzrə artıq başlanmış konfransa qoşulmaq olar. Söhbət zamanı ekranı başqa istifadəçiyə göstərmək mümkündür.

"Gmail" elektron poçt xidmətinin yenilənmiş versiyası (2020.06.28.320626991) yaxın 15 gündə bütün istifadəçilərə əlçatan olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.