Maraqlı

Koronavirus keçirənlər yenidən yoluxur?

25 İyul 2020 23:20
Baxış: 2 232
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

COVID-19 keçirmiş xəstələrin bu virusa qarşı olan antielləri itirdiyi aşkar edilib.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Almaniyadan olan tədqiqatçılar belə bir nəticəyə gəlib. Onlar hesab edir ki, zamanla COVID-19 olan bəzi xəstələrdə antitellərin sayında ciddi azalma müşahidə olunur. Bu da koronavirusa yenidən yoluxma ehtimalını göstərir. Alimlərə görə, antitel  sayının azalması Almaniyada ilk koronavirusa yoluxan  və yanvar ayının sonlarında Münhendəki Schwabing klinikasında müalicə olunan xəstələrin qan testləri ilə aşkar edilib.

Schwabing klinikasının yoluxucu xəstəliklər şöbəsinin baş həkimi Clemens Wendtner, "Yüksək təhlükəsizlik səviyyəsində olan laboratoriyada edilən xüsusi bir testin nəticələrinə əsasən, doqquz xəstədən dördündə neytrallaşdırıcı antitel sayının azaldığını müşahidə edirik", deyə bildirib.

Eyni zamanda, bunun uzun müddətli immunitetə necə təsir etdiyini fərziyyə mövzusu olaraq qaldığını qeyd edib. Buna baxmayaraq, həkim qeyd edib ki,  araşdırmanın nəticələri koronavirus xəstələrinin yenidən yoluxa biləcəyini göstərir.
Xatırladaq ki, Çin alimləri də əvvəllər oxşar nəticələrə gəlmişdilər. Onlar da koronavirus keçirən insanlarda antitellərin miqdarının bir müddət sonra xeyli azaldığını bildirmişdilər. Xüsusilə, simptom olmadan yoluxmuş insanlarda antitel sayında güclü bir azalma müşahidə edildiyi vurğulanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.