Maraqlı

Böyrək daşı xəstəliyinin riskini 45% azaldan SADƏ MEYVƏ

18 İyul 2020 19:05
Baxış: 2 491
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerika Nefroloqlar Cəmiyyəti mütəxəssislərinin fikrinə görə, adi alma böyrəklər üçün "meqa-faydalı" məhsuldur.

Alimlərin müşahidələrinə görə, tez-tez alma yeyən insanlarda böyrək daşı xəstəliyinə bu meyvəni xoşlamayan və nadir hallarda yeyən insanlarla müqayisədə 45% daha az rast gəlinir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrinə görə, bunun səbəbi almanın tərkibində çoxlu miqdarda olan pektindir. Pektinin bir çox faydalı xüsusiyyətləri var: qanda şəkər və xolesterinin səviyyəsini aşağı salır, bağırsağın sağlamlığını qoruyur, piylənmənin riskini azaldır.

Mütəxəssislər hər gün 1-2 alma yeməyi tövsiyə edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.