Maraqlı

Vərəm əleyhinə peyvənd koronavirusun qarşısını alır?

21 İyul 2020 23:20
Baxış: 2 221
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vərəm əleyhinə peyvənd COVID-19-dan ölüm nisbətini azaltmağa kömək edə bilər.

Milli.Az ted.az-a istinadən bildirir ki, amerikalı alimlərin araşdırmalarına görə, Bacillus Calmette-Guérin (BCG) adlı peyvənd qeyri-spesifik toxunulmazlığı, yəni digər xəstəliklərdən qorunmanı təmin edir.

Tədqiqatçılar BCG-nin geniş yayıldığı ölkələrdə koronavirusdan ölüm nisbətinin aşağı olduğunu sübut ediblər.

Məlumatda bildirilib ki, vərəm peyvəndi 90 ildən çoxdur istifadə olunur, uşaqlar və böyüklər üçün təhlükəsizdir. Məsələn, hazırda insanların peyvənd olunmadığı Qərbi Almaniyada ölüm nisbəti şərqə nisbətən 2,9 dəfə çoxdur. Ümumiyyətlə, Qərbi Avropada orta ölüm nisbəti peyvəndin daha geniş yayıldığı Şərqi Avropa ilə müqayisədə 9,92 dəfə yüksəkdir.

Qeyd edilib ki, kliniki sınaqlar Hollandiya və Avstraliyada aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.