Maraqlı

ıPhone 5S, iPhone 6 və digər köhnə Apple cihazları yeni iOS aldı

21 İyul 2020 23:15
Baxış: 2 008
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Köhnə iPhone modelləri yeni iOS təminatına keçib.

Milli.Az ted.az-a istinadən bildirir ki,  Apple iOS 13.6 proqram təminatını istehsal etdikdən sonra, iphone 5s, iphone 6, iphone 6 Plus kimi smartfonlar, həmçinin iPad Air, iPad mini 2, iPad mini 3 və iOS 13-i ala bilməyən digər cihazlar üçün iOS 12.4.8 təminatını istifadəyə verib.

Dəyişikliklərin rəsmi siyahısında bildirilir ki, iOS 12.4.8 mühüm təhlükəsizlik yeniləmələrini ehtiva edir və bununla əlaqədar istehsalçı yuxarıda göstərilən cihazların istifadəçilərinə bu proqramın quraşdırılmasını israrla tövsiyə edir.

Qeyd edək ki, iOS-un yeni versiyası (iOS 14) ilkin məlumatlara görə, bu ilin sentyabrında ictimaiyyətə təqdim ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.