Maraqlı

Lenovo Legion gamer smartfonunun rəsmi fotoları təqdim olunub

21 İyul 2020 08:55
Baxış: 733
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

 İnternetdə Lenovo Legion gamer smartfonunun rəsmi fotoları ortaya çıxıb. Lenovo şirkəti smartfonun posterini Weibo sosial şəbəkəsində paylaşaraq onun xarici görünüşünü sərgiləyib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə fotodan da görmək olar ki, sözügedən smartfon qeyri adi dizayna sahib olacaq. Smartfonun ön kamerası kənar hissəyə inteqrasiya ediləcək və hərəkətli sistemə sahib olacaq. Arxa panelin mərkəzi hissəsində isə ikili kamera yerləşəcək.

Bu cür qeyri standart dəyişikliklər ona görə edilib ki, smartfondan üfüqi şəkildə rahat istifadə etmək mümkün olsun. Qeyd etmək lazımdır ki, Lenovo Legion smartfonu Snapdragon 865 Plus prosessoru, LPDDR5 standartlı RAM göstəricisi, UFS 3.0 standartlı daxili yaddaş həcmi, 45 vatt gücündə sürətli şarj texnologiyalı iki ədəd batareya, soyutma sistemi, 144 Hz-lik təsvir yenilənməsinə sahib ekran və 64 MP + 16 MP ikili arxa kamera ilə təchiz olunacaq. Lenovo Legion modeli 22 iyul tarixində təqdim olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.