Maraqlı

Niderlandda tullantılardan ibarət körpü “3D” printerdə çap ediləcək

18 İyul 2020 22:55
Baxış: 1 111
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Niderlandın Rotterdam şəhərinin hakimiyyəti "3D" printerdə tullantılardan hazırlanan çap edilmiş yeni körpü quraşdırmağı planlaşdırır.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, uzunluğu 6,5 metr təşkil edəcək körpünün 2020-ci ilin sonunda Kralinqs Bos parkında, 1975-ci ildə qurulan hazırkı taxta körpünün yerində tikilməsi nəzərdə tutulur.

Mütəxəssislərin sözlərinə görə, 2100-cü ilədək istifadə ediləcək yeni körpü obyektin vəziyyəti haqqında məlumatların toplanılması və onların tikilinin "rəqəmli oxşarı"na ötürülməsi üçün xüsusi sensorlarla təchiz olunacaq.

Körpünün istismar müddəti başa çatdıqdan sonra onun bütün materialları təkrar emal edilərək istifadə olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory