Maraqlı

Twitter yaradıcısı sosial təcrübəyə 3 milyon dollar yatırıb

14 İyul 2020 20:15
Baxış: 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Twitter-in yaradıcısı Jack Dorsey, ABŞ-ın 14 şəhərindən ümumilikdə 7 milyon insanı əhatə edəcək ümumi baza gəlirinin təmin olunması üçün nəzərdə tutulmuş Mayors for a Guaranteed Income adlı təcrübəni maliyyələşdirib. Jack Dorsey bu layihəyə 3 milyon dollar yatırıb. Bu barədə Business Insider saytı xəbər verib. Bu layihədə iştirak edən merlər öz şəhələrində sözügedən layihəni işə salmağı planlaşdırırlar. Lakin layihənin nə zaman işə salınacağı bilinmir. Missisipi ştatının paytaxtı Cekson-da və Kaliforniya ştatının Stokton şəhərində yeni layihə artıq test olunur.

Merlər sözügedən layihəni milli səviyyəyə yüksəltmək istəyirlər. Buna görə də onlar federal hüquqşünaslar ilə əməkdaşlıq edirlər. Layihənin təşkilatçıları əmindirlər ki, təmin edilmiş baza gəliri əhalini yoxsulluqdan çıxartmağa və pandemiyanın təsirlərini yüngülləşdirməyə yardımçı olacaq. Buna baxmayaraq təşkilatçılar hansı şəxslərin hansı məbləğdə baza gəliri əldə edəcəklərini qeyd etməyiblər. Layihənin tənqidçiləri düşünürlər ki, bu cür layihələrin iqtisadi nəticələri hələ tam araşdırılmayıb və baza gəlirini əldə edəcək şəxslər çalışmaq üçün motivasiyanı itirə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.