Maraqlı

Tesla öz zavodlarının sayını artırır

11 İyul 2020 08:46
Baxış: 1 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tesla-nın CEO-su Elon Musk yüksək templə öz şirkətinin bazar dəyərini yüksəltməyə davam edir. İlin ikinci rübünü yaxşı nəticələrlə yekunlaşdırandan sonra Musk qeyd edib ki, Asiya regionunda daha bir Gigafactory zavodunun inşası planlaşdırılır. Lakin yeni zavod Çində inşa edilməyəcək. Yeni zavod üçün lazımi resurslara Tesla şirkəti yalnız il yarımdan sonra sahib olacaq. Belə ki, şirkət hal hazırda eyni anda 3 zavodun inşası ilə məşğuldur. Bu barədə Electrek saytı xəbər verib.

Twitter-də istifadəçilər Musk-dan soruşublar ki, Tesla şirkəti Asiya regionunda Çindən kənarda yeni zavod inşasını planlaşdırır yoxsa yox? "Təbii ki planlaşdırır. Lakin biz, Şimali Amerikanın şərq hissəsinə xidməti mümkün etmək üçün birinci Berlindəki Gigafactory-ni bitirməliyik" - deyə Musk cavab verib. Musk yeni Gigafactory barəsində məlumat verməsə də istifadəçilər güman edirlər ki, Tesla-nın yeni zavodu ya Cənubi Koreyada ya da Yaponiyada yerləşəcək. Hər iki ölkə avtomobil istehsalı sahəsində lider hesab olunur və hər iki ölkə alternativ enerji mənbələrinə yüksək qiymət verir.

Bundan əlavə olaraq Tesla şirkəti sadalanmış hər bir ölkədə partnyorlara sahibdir. Söhbət, əsasən batareya istehsalçılarından gedir. Yeni zavodun bu ölkələrdən birində inşa edilməsi logistika tərəfdən məntiqli olar. Çox güman ki, sayca beşinci olacaq Gigafactory-nin inşasına 2 ildən sonra start veriləcək. Belə ki, hal hazırda Tesla şirkəti digər vacib məsələləri həll etməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.