Maraqlı

ABŞ-ın Meksika ilə sərhədinə süni intellekt nəzarət edəcək

9 İyul 2020 20:50
Baxış: 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Donald Trampın administrasiyası "Anduril Industries" şirkəti ilə beşillik əməkdaşlıq müqaviləsi bağlayıb. Bu əməkdaşlıq, Meksika və ABŞ arasında "virtual divar"ın yaradılmasını nəzərdə tutur. Süni intellektə əsaslanan sistem vasitəsilə qeyri-qanuni şəkildə sərhədi keçmə cəhdlərin qarşısı alınacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, "Anduril Industries" 2022-ci ildə ABŞ ilə Meksika arasındaki sərhəd boyunca 200 ədəd ağıllı kosmik nəzarət stansiyası yerləşdirəcək.

"10 metrlik qüllənin üstündə heyvanları, nəqliyyat vasitələrini və insanları izləmək üçün sensorlar, kameralar və antenalardan ibarət bir sıra qurğular yerləşdiriləcək. İnsan, heyvan, nəqliyyat vasitəsi, təyyarə və ya gəmi - bir sözlə, sərhədin kim tərəfindən keçildiyini dəqiq biləcəyik", - "Anduril İndustries"in maliyə direktoru Riçard Ştekman bildirib.

Bu sistemin əsas xüsusiyyəti "Latur AI"dır. Süni intellekt bütün kameralardan və sensorlardan alınan məlumatları birləşdirəcək və hərəkət edən obyektləri müəyyən edəcək. Birləşdirilən məlumatlar ABŞ-ın Sərhəd Xidmətinə və hüquq-mühafizə orqanlarına göndəriləcək.

Qeyd edək ki, "Anduril Industries"in yeganə zəif nöqtəsi üz tanıma texnologiyasını (FaceİD) dəstəkləməməsidir. Şirkət rəhbərliyi fərdi məlumatların toplanmasına qarşıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.