Maraqlı

Yaponiya 6G-nin hazırlanmasına milyonlar ayıracaq

12 İyul 2020 19:40
Baxış: 1 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya hökuməti altıncı nəsil rabitə - 6G mobil rabitəsini işləyib hazırlayan şirkətlərə 70 milyard ien (652 milyon dollardan çox) vəsait ayıracaq.

6-cı nəsil rabitəsinin 2030-cu ildə təşkil ediləcəyi gözlənilir. Hazırda Yaponiya 5G - beşinci nəsil rabitəsinə keçid prosesindədir. ABŞ və Cənubi Koreyada isə artıq beşinci nəsil texnologiyası tətbiq edilir.

Yaponiyanın "Kyodo" informasiya agentliyi hökümətin 6G-nin hazırlanmasında Çinin liderlik etməsindən narahat olduğunu yazır. Ona görə də Yaponiya ÇXR-nı qabaqlamağı və altıncı mobil rabitəni daha əvvəl işə salmağı planlaşdırır.

6G texnologiyasının ilk növbədə məsafəli tibbi xidmət təşkilatlarında və pilotsuz nəqliyyat vasitələrində istifadəsi nəzərdə tutulub.

Bundan əvvəl Çinin texnologiya şirkətləri ABŞ tərəfindən sanksiyalar gücləndirilsə belə, 6G - altıncı nəsil rabitəsi sahəsindəki araşdırmalarına son qoymayacaqlarını bildirmişdilər. Çin hətta Ağ evin qoyduğu qadağa və məhdudiyyətlərin bu sahənin daha da sürətlə inkişaf etməsinə kömək olacağını deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.