Maraqlı

“Sony” şirkətinin adı dəyişib

7 İyul 2020 08:31
Baxış: 1 084
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sony" səhmdarlarının ötən həftənin cümə günündə keçirilən illik iclasında şirkətin adının "Sony Group" ilə əvəzlənməsi təklifi təsdiqlənib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, bu, 60 illik tarixə malik şirkət üçün ilk ad dəyişikliyidir. Qərar "Sony Group"u daha geniş təqdim etmək məqsədilə qəbul olunub.

Şirkətin əsas fəaliyyət istiqaməti elektron məhsullarının hazırlanmasıdır. Rebrendinq Yaponiya istehsalçısının maliyyə xidmətləri və digər biznes sahələrində səylərini artıracağından xəbər verir. Məqsəd bu istiqamətləri elektronika ilə eyni sıraya daxil etməkdən ibarətdir.

Qeyd edək ki, "Sony" əvvəlcə "Tokyo Telecommunications Industry Co., Ltd" adlanıb, lakin 1958-ci ildən hazırkı adını daşımağa başlayıb. Ad dəyişikliyi 2021-ci ilin aprelində qüvvəyə minəcək.

"Sony" şirkəti 1946-cı ildə yaradılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.