Tvitter sosial şəbəkəsi ABŞ prezidenti Donald Trampın 30 iyun tarixində hesabında yerləşdirdiyi tvitlərindən birindəki fotoşəkli silib.
Milli.Az ted.az-a istinadən bildirir ki, sosial şəbəkə rəsmiləri şəkli Amerika liderinin müəllif hüquqlarını pozduğuna görə sildiyini bildiriblər.
Foto The New York Times qəzetinin jurnalisti tərəfindən çəkilib. Qəzet nümayəndələri tvitdən şikayət edib, çünki foto ABŞ rəhbərinin dərc etmək icazəsi olmadan yerləşdirilib.
Milli.Az