Maraqlı

“Samsung” şirkəti “IFA 2020” sərgisində iştirakdan imtina edib

4 İyul 2020 07:41
Baxış: 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Samsung" şirkəti sentyabrın əvvəlində planlaşdırılmış "IFA 2020" sərgisində iştirakdan imtina edib. Bu haqda Cənubi Koreyanın "Korea Herald" nəşri məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Samsung"un nümayəndələri hələ ki rəsmi bəyanatla çıxış etməyiblər, amma insayderlərin məlumatına görə, Cənubi Koreyanın texnologiya nəhəngi davam edən "COVID-19" pandemiyasına görə kütləvi tədbirlərdə iştirak planını yenidən nəzərdən keçirib.

Xatırladaq ki, "Samsung" şirkəti 1991-ci ildən etibarən mütəmadi olaraq Berlində keçirilən "IFA" sərgisində iştirak edir. Ötən il şirkət sərgidə "Galaxy A90 5G" smartfonunu nümayiş etdirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.