Maraqlı

Bu ilki iPhone-ların adları məşhur mobil operator tərəfindən təsdiqləndi

2 İyul 2020 08:35
Baxış: 1 500
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

iPhone 12 smartfon seriyasının təqdimatına hələ çox zaman qalsa da onun barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edir. Yeni məlumat sızıntısı isə öz mənbəsi ilə diqqət çəkir. Belə ki, bu il təqdim olunacaq hər 4 iPhone modelinin adları Avropanın məşhur T-Mobile mobil operatorunun saytında ortaya çıxıb. Bu barədə Gizmochina saytı xəbər evrib.

Qeyd etmək lazımdır ki, bu, Apple smartfonlarının rəsmi təqdimatından öncə onların adlarının mobil operator tərəfindən sızdırılması üzrə ilk haldır. Beləliklə T-Mobile saytında ortaya çıxmış məlumata əsasən bu ilki Apple smartfonları iPhone 12, iPhone 12 Max, iPhone 12 Pro və iPhone 12 Pro Max adlarını əldə edəcəklər. Məlumata əsasən bu ilki iPhone 12 seriyasına daxil olacaq modellər 5.7 düym-dən başlayaraq 6.7 düym-ə kimi ekran ölçülərini əldə edəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.