Maraqlı

Misirdə koronavirus əleyhinə dərmanların istehsalına başlanılıb

2 İyul 2020 21:55
Baxış: 1 184
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Misirin "Eva Pharma" əczaçılıq şirkəti COVID-19-a yoluxan xəstələrin müalicəsində istifadə ediləcək "Remdesivir" və "Favipiravir" dərman preparatlarının istehsalına başlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu dərmanlardan birincisi intensiv müalicə olunan pasiyentlərin orqanizminin oksigenlə təmin edilməsini asanlaşdırır. Bundan əvvəl qeyd olunan preparat Ebola virusuna yoluxanların müalicəsində istifadə edilib.

ABŞ-ın "Gilead Science" şirkətindən lisenziya alan "Eva Pharma" firması "Remdesivir"i 127 ölkəyə ixrac edəcək. Bir qutusu 125 dollara satılacaq bu dərmanın ilkin mərhələdə ayda 50 min dozası istehsal ediləcək. Firma artıq Misirin karantin xəstəxanalarını preparatla təchiz etməyə başlayıb.

"Favipiravir"in isə ilk partiyası üç həftədən sonra xəstəxanalara çatdırılacaq. Onun yekun qiyməti hələlik müəyyən edilməyib. Bu dərman Yaponiyanın "Avigan" preparatının əvəzedicisidir.

Misir şirkəti dərman preparatlarını öncə Yaxın Şərq və Afrika ölkələrinə göndərəcək, sonra isə digər dövlətlərdən də sifarişlər qəbul ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.