Maraqlı

COVID-19 peyvəndinin təhlükəli nəticələri AÇIQLANDI

28 İyun 2020 09:29
Baxış: 4 818
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı tibb elmləri doktoru, professor Mixail Kostinov xəbərdarlıq edib ki, koronavirusa qarşı peyvənd testlərində iştirak edən şəxslər bir sıra təhlükəli simptomlardan ehtiyat etməlidirlər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, onun sözlərinə görə, orqanizmin peyvəndə mülayim reaksiya verməsi hərarətin 37,5 dərəcəyə, normal halda 38,5 dərəcəyə qədər artması deməkdir. Əgər temperatur yüksələrsə və 38,6 dərəcədən çox olarsa, bu, güclü reaksiya deməkdir.

O qeyd edib ki, hər hansı dərmanın sınağında güclü reaksiyalar minimal həddə - yüzdə, mində bir halda olmalıdır.

İnyeksiya zamanı diametri 8 sm-dən çox olmamaqla bəzi yerlərdə qızartılar görünə bilər. 5-6 sm-ə qədər qızartı mülayım reaksiya hesab edilir. Bu vəziyyətdə nə temperatur, nə də inyeksiyaya reaksiya iki gündən çox davam etməməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.