Maraqlı

Kosmosa ilk turist bu tarixdə uçacaq

30 İyun 2020 22:10
Baxış: 876
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Enerqiya Raket-Kosmik Korporasiyası və Space Adventures Inc şirkəti arasında müqavilə imzalanıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, müqaviləyə görə, tarixdə ilk dəfə kosmik turist 2023-cü ildə açıq kosmosa uçacaq.

Turist peşəkar kosmonavtın müşayiəti ilə Soyuz MS kosmik gəmisində Beynəlxalq Kosmik Stansiyanın Rusiya seqmentinə çatdırılacaq.

Qeyd edək ki, son 9 ildə BKS-a yalnız Soyuz kosmik gəmiləri uçub çata bilirdi. Amma mayın 30-da SpaceX şirkətinə məxsus Falcon 9 raket-daşıyıcısı ilə Crew Dragon kosmik gəmisi Floridadan havaya qalxaraq uğurlu uçuş həyata keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.