Maraqlı

Süni intellektə sahib real robotun əks olunduğu film çəkilir

30 İyun 2020 21:50
Baxış: 752
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Süni intellektə sahib real robotun - Ericanın iştirakı ilə film çəkilişi aparılacaq. Qadın geyimindəki Android filmdə əsas rolu oynayacaq. Tam metrajlı film "b" adlandırılıb. Filmin süjet xətti insan DNT-ni inkişaf etdirmək üçün proqram hazırlayan və bununla da dünyaya zərərdən daha çox xeyir verəcəyini düşünən alimin ətrafında qurulub.

Milli.Az ted.az-a istinadən bildirir ki, süjetdə gizli laboratoriyadan qaçmaq üçün alimin yaratdığı robot ona kömək edir.

Robot- Erica özü Yapon alimləri Hiroshi Ishiguro və Kokhei Ogawa tərəfindən tərtib edilib. Robot gənc qıza bənzəyir və duyğularını ifadə edə bilir. Təlim üçün bir nəfər Ericanın qarşısında oturub və üz əzələlərini tərpətməyə başlayır. Robot isə onun hərəkətlərini təkrarlayır.

Filmin büdcəsi 70 milyon dollar olacaq. Çəkilişə 2021-ci ildə Avropada start veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.