Maraqlı

Robot yaraları yüksək dəqiqliklə tikməyi öyrənib - VİDEO

25 İyun 2020 08:11
Baxış: 1 193
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Robotlar artıq tez-tez mürəkkəb əməliyyatların keçirilməsində istifadə olunur. Lakin onların idarəetməsi yalnız təcrübəli cərrahlara etibar edilir, amma bu vəziyyət tezliklə dəyişə bilər. Tədqiqatçılar yaraları yüksək dəqiqliklə tikə bilən qabaqcıl süni intellektin hazırlanması haqqında məlumat veriblər.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, süni intellektin təlimində əsas problem ondan ibarətdir ki, o, adi videonu piksellər axını kimi qəbul edir. Mütəxəssislərin fikrincə, videonu maşın üçün başadüşülən informasiyaya çevirmək mümkün olsa, bu, təlimi xeyli dərəcədə sürətləndirməyə imkan verəcək. Amerikalı tədqiqatçıların və "Intel" şirkətinin mühəndislərinin birgə fəaliyyəti nəticəsində "Motion2Vec" dərin təlim proqramı hazırlanıb. Tədqiqatçıların fikrincə, videoları izləyən süni intellekt əməliyyat aparmağı öyrənəcək.
 
İlk olaraq robota yaraların tikilməsi əməliyyatı etibar edilib. Bu əməliyyat avtomatlaşdırıla bilən vahid hərəkətlər toplusudur. Qabaqcıl neyron şəbəkəsindən istifadə edərək 85,5% dəqiqliklə yaraları tikə bilən süni intellekt hazırlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.