Maraqlı

PlayStation 4 gözyaşardıcı qazla müdaxiləyə səbəb oldu

23 İyun 2020 22:45
Baxış: 1 002
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın Orgeval əyalətində ənənəvi qiyməti 300 avro olan PlayStation 4 alətinin 95 avroya satılması mağaza önündə izdihama səbəb olub.  

Milli.Az ted.az-a istinadən bildirir ki, hadisə polis müdaxiləsi ilə nəticələnib. Əsas səbəb isə satıcının oyun cihazının az sayda olduğunu elan etməsi olub. Sonda  satıcı satışı ləğv etmək məcburiyyətində qalıb.

Satışın ləğv edilməsinə baxmayaraq, izdihamın azalmadığını görən polis gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb. Bu əməliyyata isə vətəndaşların tibbi maskadan istifadə etməmələri və sosial məsafəni qorumamaları ilə haqq qazandırılıb.

Satıcı inzibati məsuliyyətə cəlb edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.