Maraqlı

Xiaomi şirkəti Mi Mix 10 smartfonuna və MIUI 15 istifadəçi interfeysinə işarə etdi

23 İyun 2020 08:51
Baxış: 1 554
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xiaomi Mi Mix seriyasının gələcəyi uzun müddət ərzində sual altında qalmışdı. Lakin bu seriyaya daxil olacaq yeni smartfonun mövcudluğunu şirkət özü təsdiqləyib. Belə ki, məlumatların konfidensiallıqları mövzusuna həsr edilmiş konfransda istifadəçilər yeni Mi Mix modelinin mövcudluğu ilə yanaşı həmçinin növbəti MIUI versiyası barəsində də işarələrə rast gəliblər. Bu barədə Gizmochina saytı xəbər verib.

Sözügedən konfrans çərçivəsində Xiaomi şirkətinin məhsullarına həsr edilmiş stenddə şirkətin müxtəlif məhsullarının adlarının əks olunduğu banner yerləşdirilib. İstifadəçilər həmin adların arasında Xiaomi Mi Mix 10 adına rast gəliblər. Qeyd etmək lazımdır ki, sözügedən smartfon seriyasının son modeli Mi Mix 3-dür. İnsayderlərin verdikləri məlumata əsasən şirkət öz 10 illiyi münasibətilə Mi Mix 4 yerinə Mi Mix 10-u satış çıxardacaq.

Şirkət bu cür smartfon modelini hələ anons etməsə də gözləntilərə əsasən o, 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekran və Snapdragon 865 Plus prosessoru ilə təchiz olunacaq. Bundan əlavə olaraq bannerdə əks olunmuş adlar arasında MIUI 15 istifadəçi interfeysi də əks olunub. Güman olunur ki, şirkət MIUI 13 və MIUI 14 yerinə birbaşa MIUI 15-i istifadəyə verəcək. Şirkətin yeni smartonunun və MIUI istifadəçi interfeysinin nə zaman təqdim olunacağı bilinmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.