Maraqlı

“HUAWEI Enjoy 20 Pro” smartfonu təqdim edilib

23 İyun 2020 08:21
Baxış: 1 324
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"HUAWEI" şirkəti orta qiymət seqmentinə məxsus "Enjoy 20 Pro" smartfonunu təqdim edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, cihaz 90 Hs yeniləmə tezliyini dəstəkləyən 6,5 düymlük ekranla təchiz edilib. İstehsalçının bəyanatına görə, yeni qurğunun ekranı ön panelin 91,2% sahəsini tutur. Qurğuya 7 nm-lik texnoloji proses üzrə hazırlanmış "MediaTek Dimensity 800" prosessoru quraşdırılıb.

Konfiqurasiyadan asılı olaraq, smartfonun əməli yaddaş tutumu 6 və ya 8 QB, daxili yaddaş tutumu isə 128 QB ("microSD" yaddaş kartının köməyi ilə artırmaq mümkündür) təşkil edir. Aparat gücü 22,5 vattadək olan sürətli enerjidoldurma funksiyasını dəstəkləyən 4000 milliamper/saat tutumlu akkumulyatora malikdir. Aparatı blokdan çıxartmaq üçün korpusun yan tərəfinə barmaq izləri skaneri quraşdırılıb.

Qurğunun arxa tərəfində 48 mp-lik əsas sensor, 8 mp-lik genişbucaqlı linzalardan ibarət sensor, həmçinin makroçəkiliş 40 mm-dən fokuslama imkanına malik 2 mp-lik moduldan ibarət əsas kamera bloku yerləşdirilib. Ön kameranın təsvir ölçüsü 16 mp-dir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.