Maraqlı

Koronavirus mutasiya edə bilər - Rusiyalı alimdən açıqlama

20 İyun 2020 22:45
Baxış: 2 932
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Koronavirus mutasiya edə bilər və dəyişikliklər nəticəsində onun daha aqressiv formaları meydana çıxa bilər".

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə Moskva Dövlət Universitetinin İmmunologiya və Molekulyar Biotibb Mərkəzinin direktoru Mixail Paltsev məlumat verib.

Onun sözlərinə görə, mutasiya iki səbəbdən baş verir. Birinci səbəb kollektiv immunitetin yaranması və virusun buna uyğunlaşmağa başlamasıdır: "İkinci səbəb isə isti hava şəraitidir. Yayda, bir qayda olaraq, insanlarda immunitet yüksəlir və hava-damcı infeksiyalarına yoluxma azalır. Bu halda mutasiya virusun RNK-sında deyil, onun zülal reseptorunda baş verir. Bu isə hazırlanmaqda olan vaksinlərin effektivliyini şübhə altına alır".

M.Paltsev, həmçinin qeyd edib ki, koronavirusun ikinci dalğası gözlənilir. Bunun səbəbi istənilən epidemiyanın, xüsusilə, pandemiyanın bir ildən üç ilə qədər davam etməsidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.