Maraqlı

Whatsapp daxili pul köçürmələri funksiyasını işə salıb

20 İyun 2020 08:41
Baxış: 1 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Facebook şirkəti Braziliyadakı Whatsapp istifadəçilərinə Facebook Pay vasitəsilə Whatsapp daxilində pul vəsaitlərinin göndərilməsi və qəbul edilməsi imkanını yaradıb. Bundan əlavə olaraq istifadəçlər Whatsapp-dakı çat vasitəsilə yerli biznesin təqdim etdyi xidmətlərini də ödəyə bilərlər. Bu halda istifadəçi vəsait köçürülməsini 6 rəqəmli xüsusi PIN şifrə və ya barmaq izi skanı ilə təsdiqləyə bilər. Bu barədə Vc.ru saytı xəbər verib.

Adi istifadəçilər üçün sözügedən funksiya pulsuzdur. Lakin şirkətlərdən hər istifadəçidən edilmiş ödənişə görə komissiya çıxılacaq. Komissiyanın nə qədər təşkil edəcəyi barəsində Facebook bir məlumat verməyib. Hal hazırda Whatsapp Visa və MasterCard ödəniş servisləri əsasında çalışan Banco do Brasil, Nubank və Sicredi kimi bankların debet və kredit kartlarını dəstəkləyir.

Şirkət həmçinin Braziliyada aparıcı ödəniş sistemi olan Cielo ilə də əməkdaşlıq edir. Qeyd etmək lazımdır ki, Facebook şirkəti Whatsapp daxilində ödəniş sistemini 2018-ci ilin fevral ayından başlayaraq bəzi istifadəçilər üzərində test edir. Lakin nizamlayıcı orqanlarla bağlı çətinliklər səbəbilə şirkət hələ də Facebook Pay sisteminin işə salınmasını rəsmi şəkildə elan etməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.