Honor koronavirusa qarşı mübarizə məqsədilə yeni smartfonunda hərarətin ölçülməsi funksiyası tətbiq edib.
Milli.Az ted.az-a istinadən bildirir ki, şirkətin yeni smartfonu Honor Play 4 Pro istilik sensoru ilə təchiz olunub. İnsanların bədən hərarəti ilə yanaşı, ətrafdakı obyektlərin istiliyi də ölçülə bilir.
Honor Play 4 Pro ilə bədən temperaturunu ölçmək istəyən istifadəçilər telefonun arxa qismini alınlarına dayamaqla sensor sayəsində istiliklərini müəyyən edə bilirlər.
Qeyd edək ki, Honorun hərarəti ölçə bilən Play 4 seriyasının iki smartfonu Play 4 və Play 4 Pro, iyunun 3-də satışa çıxarılıb.
Milli.Az