Honor-dan temperatur ölçən yeni smartfon

11 İyun 2020 22:55

Honor koronavirusa qarşı mübarizə məqsədilə yeni smartfonunda hərarətin ölçülməsi funksiyası tətbiq edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkətin yeni smartfonu Honor Play 4 Pro istilik sensoru ilə təchiz olunub. İnsanların bədən hərarəti ilə yanaşı, ətrafdakı obyektlərin istiliyi də ölçülə bilir.

Honor Play 4 Pro ilə bədən temperaturunu ölçmək istəyən istifadəçilər telefonun arxa qismini alınlarına dayamaqla sensor sayəsində istiliklərini müəyyən edə bilirlər.

Qeyd edək ki, Honorun hərarəti ölçə bilən Play 4 seriyasının iki smartfonu Play 4 və Play 4 Pro, iyunun 3-də satışa çıxarılıb.

Milli.Az