Maraqlı

Qatlana biləcək Motorola RAZR 2 nə ilə fərqlənəcək?

9 İyun 2020 08:59
Baxış: 1 670
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

DSCC şirkətinin CEO-su Ross Young, Motorola RAZR 2 smartfon modeli barəsində yeni məlumatlar verib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən növbəti qatlana biləcək Motorola RAZR 2 smartfon modelinin əsas ekran ölçüsü böyüdüləcək. Belə ki, o, 6.7 düym Flex View ekrana sahib olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda aktual olan Motorola RAZR modeli 6.2 düym əsas ekran ilə təchiz olunur.

Başqa sözlə desək, Motorola RAZR 2-nin əsas ekranı Galaxy Z Flip-in əsas ekranı kimi olacaq. Bundan əlavə olaraq Motorola RAZR 2-nin ikinci Quick View ekranının da ölçüsü böyüdüləcək. Lakin onun hansı ölçüdə olacağı bilinmir. Hal hazırki Motorola RAZR modelinin ikinci ekran ölçüsü 2.7 düym-dür. Qeyd etmək lazımdır ki, Motorola RAZR 2 smartfonu smith kod adına sahibdir. Məlumata əsasən yenilənmiş model də orijinal kimi orta səviyyəli texniki özəlliklər əldə edəcək.

Belə ki, onun Snapdragon 765G prosessoru 5G modem, 8 GB RAM, 256 GB daxili yaddaş həcmi və 2845 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir. Hələ bir neçə müddət bundan öncə Lenovo şirkətinin Afrika şöbəsi üzrə general direktoru qeyd etmişdi ki, Motorola RAZR 2 smartfonu bu ilin sentyabr ayında təqdim olunmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.