Maraqlı

2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalacaq

6 İyun 2020 08:21
Baxış: 584
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Canalys"in analitiklərinin proqnozuna görə, 2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalaraq 367,8 milyon təşkil edəcək. Gələn il kompüter bazarında durğunluq gözlənilir, 2022-ci ildə isə tədarüklərin həcmində artım qeydə alınacaq.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, fərdi kompüter sahəsinin "COVID-19" pandemiyasına görə xeyli ziyana məruz qalmasına baxmayaraq, mütəxəssislər hesab edirlər ki, çətin günlər arxada qalıb.

"Fərdi kompüter bazarında vəziyyətin yaxşılaşmasına Çində tədarük və istehsal zəncirlərinin bərpası, həmçinin distant iş və təhsil üçün qurğulara olan tələbat kömək edir. Ancaq koronavirusun qlobal iqtisadiyyata mənfi təsirini qiymətləndirməmək lazım deyil" - mütəxəssislər xəbərdarlıq edirlər. Çətin iqtisadi vəziyyətdə istehlakçılar, müəssisələr və dövlət strukturları ilk növbədə yeni kompüter satın almağa deyil, həyati əhəmiyyətli məhsullara pul xərcləyəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.