Maraqlı

Türkiyə korona peyvəndinin istehsalına başladı

2 İyun 2020 22:25
Baxış: 1 359
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Qızıl Ay Komitəsinin başçısı Kərəm Kınık koronavirus peyvəndi ilə bağlı açıqlama yayıb.
Milli.Az medicina.az-a istinadən bildirir ki, komitə rəhbəri "passiv immunitet sistemi" adlandırılan hiperimmunqlobulinin sənaye istehsalına başlayacaqlarını açıqlayıb.

"Yəni, plazmadan saflaşdırılaraq əldə etdiyimiz anticismlərlə "passiv peyvənd" istehsal edəcəyik. İlk işlərimizi başa çatdırmışıq. Yeni bir pandemiyanın yayılması vəziyyətində əlimizdə kifayət qədər dondurulmuş plazma və passiv peyvənd olacaq", - Kınık bildirib.

Koronavirusun müalicəsində uğurları artıran üsullardan biri də plazma köçürülməsi oldu. Türkiyə dünyada koronavirus xəstələrinə plazma köçürülməsinə ən erkən başlayan ölkələrdən biridir. İndiyədək Türkiyədə 4 minə qədər insana plazma nəql edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.